Ölkə

Ölkəmizin qazandığı hər 100 manatdan 65-i…

Bu ilin ilk yarısında neft-qaz sektorunda 0.6 faiz artım qeydə alınıb. Bütövlükdə həmin dövrdə Azərbaycanda 59 milyard 520 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Qeyri-neft-qaz sektorunda 6,9 faiz artım qeydə alınıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bu, neft deyil, qaz hasilatının artması hesabına mümkün olub:

“Belə ki, əmtəəlik neft hasilatı 4.9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb. Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımlarla bağlıdır. Belə ki, daha çox qaz hasilatı daha çox ixrac deməkdir. Bu fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır.

Yenə də sənaye məhsulunun 65 faizi mədənçıxarma sektorunun payına düşür. Yəni sənayedə yaranan hər 100 manatlıq dəyərin 65 manata yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidən kənar sektorların inkişafı ilə bağlı islahatların daha da dərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq.

Digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızıl”ın qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır. Dünya neft bazarı ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə qeyri-neft-qaz sektorunun payının daha da artırılması vacibdir”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button