Hadisə

Bakıda 75 kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb – YENİLƏNİB

Bakıda 75 kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 75 kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qazi.az-a report-a istinadən xəbər verir ki, bu barədə Nizami rayon prokurorluğunun məlumatında deyilir.

İyulun 20-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisində 1949-cu il təvəllüdlü Tahir Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı bıçaqla Tahir Əliyevə xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Zahid İsayev iş üzrə şübhəli şəxs qismində tutulub.

06:51

Bakıda 75 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Qazi.az-a report-a istinadən DİN-in Mətbuat Xidmətinin bildirilib.

İyulun 20-də saat 1 radələrində paytaxtın Nizami rayonunda 1949-cu il təvəllüdlü Əliyev Tahir Eyvaz oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü İsayev Zahid Səməndər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button