Dünya
Pentaqon ABŞ və Yaponiya üçün 9 təyyarə sifariş edib
Pentaqon ABŞ və Yaponiya üçün 9 təyyarə sifariş edib
Pentaqon ABŞ və Yaponiya donanmaları üçün doqquz “E-2D Advanced Hawkeye” radar aşkarlayan taktiki təyyarənin istehsalı üçün ümumi dəyəri 1,45 milyard dollardan çox olan müqavilə imzalayıb.
Qazi.az report-a istinadən xəbər verir ki, bu, Pentaqonun saytında dərc olunmuş hesabatda yer alıb.
İşlərin əksəriyyəti Florida, Liverpul və Nyu-Yorkda aparılacaq. Müqavilənin icrasının 2029-cu ilin mart ayında başa çatacağı gözlənilir. Podratçı ABŞ Hərbi Hava Qüvvələrinin hava sistemləri komandanlığıdır.
“E-2D Advanced Hawkeye” ABŞ-nin bütün hava şəraitinə uyğun uzaqmənzilli radar aşkarlama taktiki təyyarəsidir.
Qazi.az