Ölkə
“Avroviziya 2025” bu şəhərdə keçiriləcək
İsveçrənin SRG yayım şirkəti 69-cu “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edə biləcək mümkün şəhərlərin adlarını açıqlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yarışmanın keçirilməsi üçün seçim mərhələsində sona iki namizəd şəhər – Bazel və Cenevrə qalıb.
Belə ki, bu iki şəhərdən hansının 2025-ci ilin mayında İsveçrədə keçiriləcək müsabiqəsiyə ev sahibliyi edəcəyi avqustun sonunda bəlli olacaq.
Sözügedən şəhər arena konsepti, nəqliyyat, hotel, təhlükəsizlik və tədbirlərin keçirilməsi təcrübəsi kimi bir çox meyyarlarla müəyyən edilir.
Qeyd edək ki, bu il yarışmanın qalibi “The Code” mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun