Ölkə
Vətən Müharibəsi Qəhrəmanı rəis təyin edildi
Cəmşid Naxçıvanski adına Hərbi Liseyə rəis təyin edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev Liseyin rəisi təyin edilib.
Qeyd edək ki, Anar Mirzəyev 2022-ci ildə liseyin rəis müavini vəzifəsinə təyin olunmuşdu. O, Hərbi liseyin rəisi vəzifəsi vakant olduğundan, həm də rəis vəzifəsini icra edirdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun