Madonnanın oğlu “acından ölür” – yemək almağa pulu yoxdur
Bu dəfə müğənni Madonnanın övladlığa götürdüyü Devid Banda anasından ayrılmaq qərarına gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Tom Kruzun qızı Suri Kruzun atası ilə əlaqələrini kəsməsindən sonra Devid də bu xəbərlə gündəmə gəlib. 18 yaşlı Devid Suridən fərqli olaraq anası ilə əla münasibətdədir. Lakin yenə də valideynlərinin isti yuvasını tərk etmək üçün güc tapıb. İndi oğlan və sevgilisi Nyu-Yorkun ən prestijli və olduqca təhlükəli bölgəsi Bronksda bir mənzil kirayələyib.
Lakin müstəqil həyat çətinliklərlə dolu olub. İndi gənc musiqiçi onlayn gitara dərsləri verir, kirayə pulu, eyni zamanda çörək almaq üçüm pul qazanmağa çalışır. Pop kraliçasının oğlu etiraf edib ki, qazancı bəzən yeməyinə belə çatmır.
“Axşam saat 9 çatanda çətin olur. Hiss edirəm ki, acam və yeməyə pulum olmur. Ölməmək üçün küçədən gedib qırıntıları götürürəm. Gənc olmaq gözəldir” deyə, Devit sosial şəbəkədə canlı yayımda deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun