Ölkə
Yevlaxda ev yandı: azyaşlı xəstəxanada öldü
Yevlax şəhərində 3 otaqlı evin yanması nəticəsində ağır yanıq xəsarətləri alan iki yaşlı uşaq müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə nəticəsində onun atası da yanıq xəsarətləri alıb.
*****
Yevlax şəhərində ümumi sahəsi 63 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun