Metroların oturacaq dizaynı niyə avtobus kimi deyil?
Bir çox insan işə getmək üçün metro kimi ictimai nəqliyyatı seçir.
Milli.Az lent.az-a istinadən bildirir ki, insanların nəqliyyat vasitəsi kimi üstünlük verdikləri metroların daxili dizaynı təkcə estetika və ya rahatlıq faktorlarına əsaslanmır.
Bəs, metrolarda oturacaqların düzülüşü necə hazırlanır? Metrolarda insanların yan-yana oturmasının səbəbi budur? Bunun səbəblərini aşağıdakı kimi sadalaya bilərik:
1. Metrodan istifadənin çətinləşməsi
Əgər metrolarda oturacaqların düzülüşü avtobuslarda olduğu kimi iki nəfərlik olsaydı, sərnişinlərin metroya minib-düşməsi çox çətin olardı.
2. Həddindən artıq oturacaqlar sərnişin axınına mane olur
Əgər oturacaqların düzülüşü başqa cür olsaydı metro stansiyalarda daha çox gözləməli olardı ki, sərnişinlər tam minib düşə bilsinlər.
3. Vaqonların dizaynı sərnişinlərə görə olur
Metro vaqonları ümumiyyətlə sərnişinlərin üstünlükləri və davranışları nəzərə alınmaqla dizayn olunur. Xüsusilə pik saatlar xaricində aparılan araşdırmalar sərnişinlərin metrodan necə istifadə etdiyini və seçdikləri oturma şəklini öyrənir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun