Ölkə
“Adidas” məşhur supermodeldən üzr istədi
“Adidas” 1972-ci il Olimpiadasının qalmaqallı reklamı ilə bağlı şirkəti məhkəməyə vermək qərarına gələn supermodel Bella Hadiddən üzr istəyib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə idman brendinin sosial şəbəkə səhifəsindən paylaşım edilib.
Xatırladaq ki, ötən həftə “Adidas” fələstinli Bella Hadidin yer aldığı idman ayaqqabısı reklamına görə ilk dəfə üzr istəyib. Belə ki, reklam kampaniyası 1972-ci ildə Münhen Olimpiadasının şərəfinə hazırlanan idman ayaqqabısı modelinin yeni buraxılışı ilə bağlı olub. Olimpiada zamanı 11 israilli idmançı Fələstinin “Qara sentyabr” terror qruplaşması tərəfindən girov götürülərək öldürülüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun