Ölkə

Qardaş və bacıdan necə aliment almaq olar? – CAVAB

Milli.Az bildirir ki, Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu qardaş və bacıdan alimentin alınması ilə bağlıdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Maraqlıdır, görəsən, qardaş və bacıdan necə aliment almaq olar? 

Ailənin digər üzvlərinin aliment öhdəlikləri Ailə Məcəlləsinin 88-93-cü maddələri ilə tənzimlənir.

Həmin öhdəliklərin həyata keçirilməsi qaydası aşağıdakı kimidir:

Qardaş və bacıların yetkinlik yaşına çatmayan, əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi:

Əgər qardaş və bacılar yetkinlik yaşına çatmayıbsa və yardıma ehtiyacı varsa, həmçinin, valideynlərindən saxlanılmaları üçün yardım ala bilmirlərsə, bu zaman  onlar zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılarından məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button