İdman

Qış Olimpiya Oyunlarının ev sahibləri müəyyənləşdi

2030-cu il və 2034-cü il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Beynəlxalq Olimpiya Komitəsi qərar qəbul edib.

Qurumun 142 sessiyasında verilən qərara əsasən, 2030-cu ildəki turnir Fransa Alplarında keçiriləcək. Bununla da ölkə 4-cü dəfə Qış Olimpiadasını qəbul edəcək. Fransada bu yarış daha əvvəl 1924, 1968 və 1992-ci illərdə təşkil olunub.

2034-cü ildəki turnir isə ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərində keçiriləcək. 2002-ci ildə də Qış Olimpiya Oyunları Solt-Leyk-Sitidə təşkil olunub.

Qeyd edək ki, Fransa Paris-2024 Yay Olimpiya Oyunlarına ev sahibliyi edir. ABŞ isə Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının ev sahibidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button