Ölkə

Daş karxanaları ilə bağlı 49 iş hüquq-mühafizə orqanlarına göndərilib

Cari ilin 6 ayı ərzində ümumilikdə daş karxanalarına münasibətdə 158 akt və protokol tərtib edilib, 254 min manat ziyan və cərimə onlara ödətdirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O qeyd edib ki, daş karxanaların fəaliyyəti ölkənin tikinti sektoruna birbaşa təsir edən əsas fəaliyyət sahələrindən biridir.

“Uzun illərdən bəri daş karxanaları sahəsində müəyyən problemlər olub. Sahənin tənzimlənməməsi, müəyyən normativlərin olmaması, ərazilərin qeydiyyatının olmaması və bu kimi digər amillər müəyyən problemlər yaradır.

Nəzərə almalıyıq ki, daş karxanaların fəaliyyəti bilavasitə ətraf mühitlə bağlı digər sahələrə də toxunur. Dövlət Ekoloji Nəzarət Xidməti də neqativ təsirlərin aradan qaldırılması istiqamətində işini təşkil edir. Cari ilin 6 ayı ərzində ümumilikdə daş karxanalarına münasibətdə 158 akt və protokol tərtib edilib, 254 min manat ziyan və cərimə onlara ödətdirilib. 49 iş hüquq-mühafizə orqanlarına, 41 iş icra şöbələrinə və 3 iş məhkəmələrə göndərilib.

Təəssüf ki, biz hələ də Bakı kəndləri ərazisində torpaqdan qanunsuz istifadə ilə üz-üzə qalırıq. Bu gecə bizim 20-yə yaxın əməkdaşımız gecə reydi keçirib və 9 müxtəlif fiziki şəxs saxlanılıb”, – deyə o bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button