Ölkə

Azərbaycanın azad olunmuş əraziləri mənzərələri ilə heyran edir

Azərbaycanın işğaldan azad olunmuş əraziləri möhtəşəm mənzərələri və tarixi abidələri ilə heyran edir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ukraynal səyyah Vladislav Kibol Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində deyib.

“Mən artıq bir neçə dəfə Azərbaycanda olmuşam, lakin Qarabağa ilk dəfədir ki, gəlmişəm. Ərazi işğaldan tam azad olunandan sonra buraya gəlmək üçün dəfələrlə müraciət etmişəm. Lakin minatəmizləmə işləri səbəbindən səfərlər ləngiyib. İndi nəhayət ki, “Most Traveled People” qrupunun tərkibində Qarabağa dəvət almışam. Biz artıq Füzuli hava limanını gəzmişik: o, möhtəşəm, yeni və təmizdir. Çox ümid edirik ki, tezliklə təkcə daxili deyil, Türkiyə və Avropadan da çoxlu reysləri qəbul etməyə başlayacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan – Most Traveled People (MTP) səyahət klubunun 35 nəfərlik heyətinin Qarabağa səfəri başlayıb.

Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vili (Charles Veley) rəhbərlik edir, səfərə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıb. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Xatırladaq ki, bundan əvvəl MTP (Most Traveled People) 3 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib, bu, həmin klubun işğaldan azad edilən ərazilərə sayca 4-cü səfəridir. 44 günlük Vətən müharibəsindən ötən 4 il ərzində isə 50-ə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button