Acun İlıcalının keçmiş arvadı cərimələndi
Məşhur türkiyəli bloqer, sosial media fenomeni və teleaparıcı Acun İlıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının özünün “Instagram” hesabında gizli reklamlar etdiyi məlum olub.
Milli.Az bildirir ki, bu barədə Oxu.Az “Haber Global”a istinadən bildirir.
Məlumata görə, Türkiyə Ticarət Nazirliyi bloqerin müxtəlif tarixlərdə 5 fərqli markanın reklamını etdiyini, lakin bunu gizlətdiyini aşkar edib. Bununla da o, həm qanun pozuntusuna yol vermiş olub, həm də qazandığı puldan vergi ödəməyib.
Şeyma Subaşı tekstildən zərgərlik məmulatlarına qədər bir çox markanın reklamını etdiyi, lakin reklam olduğunu bildirmədiyi üçün nazirlik tərəfindən 550 min Türkiyə lirəsi (28 min manatdan çox) məbləğində cərimələnib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun