İdman
Daha bir idmançımız Paris paralimpiadasına lisenziya qazandı
Azərbaycanın daha bir para-atleti Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Milli.Az report-a istinadən xəbər verir ki, milli komandanın üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında 100 m məsafəyə qaçışda 11,99 saniyə nəticə göstərərək qızıl medal əldə edib.
Qeyd edək ki, mundialda ilk 4 yerə sahib çıxan para-atletlər paralimpiadaya birbaşa lisenziya qazanırlar. Daha əvvəl Oloxan Musayev nüvə itələmə növündə 4-cü olmaqla bu hüquqa yiyələnib.
Milli.Az