Ölkə
Rəqsinə görə tənqid olunan Mətanət: “Burada biabırçı nə var?”
Müğənni Mətanət Əsədova həmkarı, Əməkdar artist Elton Hüseynəliyevlə reqs edərkən çəkilən görüntüsünə tənqid yazan şəxsə cavab verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həmin videonu səhifəsində paylaşan sənətçi bunları yazıb:
“Baxın yuxarıda yazılana. Burada sadəcə iki sənətkar rəqs edir. Başa düşmədim, burada nə biabırçı nə var? Bunu yazan, hələ yorulmadın sən? Bəsdir, özünə gəl. Səni qınamıram, çox böyük bir bataqlıqdasan. Ölürsən, amma düzəlmirsən. Çünki qozbeli qəbir düzəldər. Qorxuram ki, orada da düzəlmiyəsən”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun