Ölkə
Mikayıl Cabbarov Moskvada intellektual oyunda
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun gənclik illərinə dair maraqlı video görüntülər yayılıb.
Milli.Az musavat.com-a istinadla xəbər verir ki, görüntülər 1997-ci ildə Moskvada təşkil edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyununda çəkilib.
Məlumata görə, həmin oyunda iştirak edən ilk azərbaycanlı bilici məhz Mikayıl Cabbarov olub.
Qeyd edək ki, Cabbarov 1994-1997-ci illərdə “Atəşgah İntellektual Oyunlar Klubu”nun prezidenti olub. 1996-1997-ci illərdə Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini, 1996-1997-ci illərdə isə “Breyn-Rinq” oyunlarının Müstəqil Dövlətlər Birliyinin mütləq çempionu olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun