İqtisadiyyat

Ebru Gündeş Şəmkirdə oxuduqdan sonra Azərbaycana vergi ödəyibmi?

Tez-tez əcnəbi müğənnilər Azərbaycana gələrək toy şənliklərində iştirak edirlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, xüsusən də Türkiyənin tanınmış müğənniləri Azərbaycanda toy şənliklərində daha çox iştrak edirlər.

Ən azı 100 min manata gələn sənətçilər aldıqları pulun qarşılığında vergi ödəməlidirlərmi?

İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, sənətçini Azərbaycana dəvət edən şəxs onun vergisini ödəməlidir. Əgər sifarişçi bundan imtina edirsə, burada qazanan tərəf, yəni müğənninin özü vergi ödənişini etməlidir. Bu hal Vergilər Məcəlləsinin 125-ci maddəsində də göstərilir. Qeyd olunur ki, gəlirin 10 faizi vergiyə cəlb edilməlidir.

Ekspert deyir ki, gələn müğənnilər əgər vergi ödəmirsə və vergi bəyannaməsini etmirsə, məbləğ böyük olduğu üçün həmin şəxs barəsində qanuna uyğun olaraq axtarış verilə, hətta cinayət işi də başlana bilər.

Məsələ ilə bağlı Dövlət Vergi Xidməti ilə əlaqə saxladıq. Bildirdilər ki, əcnəbi müğənniləri Azərəbaycana dəvət edən təşkilatçılar adətən özləri vergi ödənişi edirlər. Qaldı ki ən son türkiyəli müğənni Ebru Gündeşin bu günlərdə Şəmkirdə toy məclisində oxuduqdan sonra vergi ödəyib – ödəməməsinə, Xidmətdən bildirildi ki, bu barədə bazar ertəsi ətraflı məlumat verəcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button