Ölkə

Sel suları Qusarda körpünü uçurdu

Sel suları Qusarın Ləzə kəndində Qusarçay üzərindəki körpünü yarasız hala salıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Ləzə kəndinin sakinləri bu körpüdən keçərək biçənək və örüş sahələrinə gedirlər.

Azərbaycanda ən yüksəklikdə yerləşən yaşayış məntəqəsi Yerği Kek kəndinin sakinləri də bu körpüdən istifadə edirlər.

Körpü dağıldıqdan sonra əks istiqamətdə qalan avtomobillər Ləzə kəndinə qayıda bilmirlər.

Qusar Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov bildirib ki, uzun müddətdir istifadə olunan körpüyə sel suları nəticəsində ziyan dəyib, ötən gün isə körpü tamamilə dağılıb.

“Körpü heç bir qurumun balansında deyil. Vaxtilə sakinlərin təşəbbüsü ilə tikilib. Eni 3, uzunu 5-6 metrdir. Bu gün vəziyyətlə yerində tanış olduq. Körpü tamamilə dağılıb. Yeni körpü tikilməlidir. Çayda suyun səviyyəsi aşağı düşdükdən sonra körpünün bərpası həyata keçirilə bilər”, – Şahid Fərəməzov bildirib.

Körpünün dağılması barədə Fövqəladə Hallar Nazirliyinə və digər müvafiq dövlət qurumlarına məlumat verilib.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button