Ölkə

Binəqədidə əməliyyat: odlu silah götürüldü

Binəqədi rayonunda iyul ayında keçirilən əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən odlu silah-sursatların aşkarlanması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. İyul ayı ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən altı kiloqramdan artıq müxtəlif növ narkotik maddə və psixotrop maddələr çıxarılıb. Aşkar olunan faktlarla bağlı idarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Həmçinin, ötən ay vətəndaşlarla aparılan profilaktik tədbirlərin nəticəsi olaraq altı odlu silah, o cümlədən dörd “Kalaşnikov” avtomatı, iki “Makarov” tapançası və 43 ədəd patron polis əməkdaşlarına təhvil verilib.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button