İdman
Azərbaycan komandası bədii gimnastika üzrə dünya çempionatında iplə hərəkətlərdə bürünc medal qazanıb
Azərbaycanın qrup komandası bədii gimnastika üzrə yeniyetmələr arasında 2-ci dünya çempionatında beş iplə hərəkətdə bürünc medal qazanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, çempionat Rumıniyanın Kluj-Napoka şəhərində keçirilir.
Azərbaycan komandasının tərkibində Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yer alıb.
Xatırladaq ki, qrup komandamız dünən çoxnövçülük proqramında bürünc medal qazanmışdı.
Milli.Az