Sosial
Xaçmazda iki maşın toqquşdu – Xəsarət alan var – VİDEO
Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Xaçmaz -Xudat yolunun 1-ci km-də qeydə alınıb.
“VAZ 2107” markalı maşınla “Volkswagen” markalı avtomaşın toqquşub.
Xəsarət alan “VAZ 2107-nin sürücüsü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib, ilkin tibbi yardımdan sonra tibb müəssisəsini tərk edib.
Faktla bağlı araşdırmalar aparılır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: