Ölkə

Polis əməkdaşları tərəfindən saxlanılan sərxoş sürücü öldü

İyulun 12-də saat 22:30-da Şamaxı rayon sakini, 1969-cu il təvəllüdlü Kamal Rzayev sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

DİN-in mətbuat xidmətinin regional qrupundan Milli.Az-a bildirilib ki, sürücünün iştirakı ilə avtomobil duracağa yerləşdirilib. Bu zaman sürücü özünü yaxşı hiss etmədiyi üçün Təcili Tibbi Yardım çağırılıb və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölüb.

Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət müşahidə edilməyib.

Araşdırmalar davam etdirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button