Ölkə

“Bizdə TikTok iyrənc bir şəbəkədir”

“TikTok Çinin bütün dünyaya qarşı kibersilahıdır. Çoxumuz deyirik ki, zarafat edirik. Çinin özündə heç kim 45 dəqiqədən artıq sosial şəbəkədə qala bilməz. Bizdə TikTok-da ya hansısa müğənni bir-birini qırır, təhqir edir, ya da kimsə kiminləsə canlı yayıma çıxıb nələrsə edir”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib. O, TikTok-dan danışaraq, oradakı paylaşımları tənqid edib:

“TikTok ağılsızlıqdır. Bizim mədəniyyətimizə yaraşmayan hərəkətlər var orada. TikTok-da bizə məsləhət görülən səhifələrdən 8-i davadır. İkisi isə gül şəklidir. Boş, həyatın itirilməsinə gətirib çıxarılan məsələlərdir. Çinin özündə məsləhət yerində kitablar, Çinin tarixi, fəlsəfəsi, siyasəti, Çin xalqının üstünlüyü görünür. Vətəninə və xalqına baş ucalığı gətirən, uşaqlara isə bilik verəcək videolar göstərilir. Bizdə isə TikTok iyrənc bir yerdir. Biz özümüz də bu yeri murdarlamaqda yaxşıyıq”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button