Mədəniyyət

Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə həsr olunan film çəkiləcək

Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə həsr olunan film çəkiləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az-a “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyindən (İB) bildirilib.

Belə ki, İB Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə həsr olunan sənədli film layihəsinin icrasına başlayıb.

Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində – Qərbi Azərbaycanda çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, kəhrizlər, qəbiristanlıqlar, məqbərələr və qəbirüstü abidələrimiz mövcuddur. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsin yer üzündən silinməsinə başlanılıb. Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər.

Layihənin də məqsədi bu faktları əsas tutaraq sənədli film ərsəyə gətirməkdir. “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin sədri Nurlana Hacıyevanın sözlərinə görə, filmin yaradıcı qrupu peşəkar mütəxəssislər, sahəvi ekspertlərin rəyləri və həmin abidələrin vaxtilə şahidi olan Qərbi azərbaycanlıların xatirələrini lentə alacaq. Geniş araşdırmadan sonra 2 dildə hazırlanacaq sənədli film yerli və xarici auditoriyaya təqdim olunacaq. Filmdə müsahibələrlə yanaşı, tarixi və unikal sayıla biləcək köhnə fotoşəkillərə, videokadrlara da geniş yer veriləcək.

Filmin çəkilişləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button