Siyasət

Bakının qarşısında öhdəliyimiz var – Korgeneral

Türkiyənin Qərblə münasibətlərini nizamlaması və inkişaf etdirməsi üçün İsveçin NATO üzvlüyünə müsbət cavab verməsi önəmli idi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş deyib.

General-polkovnik Türkiyənin sona qədər öz şərtlərini irəli sürdüyünü və bunların yerinə yetirilməsini tələb etdiyini bildirib:

“İsveç və Finlandiyanın NATO-ya qəbul olunması Rusiyanı Türkiyə ilə daha da yaxınlaşmağa məcbur edəcək. F-16 qırıcı təyyarələri də həm ölkəmizin, həm də müttəfiqlərimizin təhlükəsizliyi üçün önəmlidir. Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb, digər tərəfdən, Liviya ilə anlaşmamız var. Hazırda orada ordunun bütün ehtiyaclarını Türkiyə qarşılayır. Yəni bizim Azərbaycan, Liviya, Şimali Kipr qarşısında müttəffiq kimi üzərimizə götürdüyümüz öhdəliklər var. Bunun üçün F-16 təməl ehtiyacdır.

Ankara bütün bunları əldə etmək və terror təşkilatlarına dəstəyi zəiflətmək üçün İsveç məsələsindən maksimum istifadə etdi. İsveç və Finlandiyadan, eyni zamanda Kanadadan heç bir asılılığımız yoxdur. Kanadadan PUA-larımız üçün kamera detalı alırdıq. Sanksiya tətbiqindən sonra özümüz istehsal etməyə başladıq. ABŞ Senatında isə Türkiyəyə F-16 qırıcılarının verilməsinə qarşı olanlar İsveç məsələsini bəhanə kimi irəli sürürdülər. Artıq bəhanələri yoxdur və konkret addım atmalıdırlar”.

Karakuş Türkiyənin AB üzvlüyünə şansının yarandığını da bildirib:

“İsveçin üzvlük məsələsi ilə bağlı atılan addımlar eyni zamanda AB-yə üzvlüklə bağlı edilən həmlədir. Oraya üzv olmaq bizim haqqımızdır, ancaq təşkilatda türklərə qarşı münasibət bəllidir. Vaxtilə bununla bağlı çox müraciətlər edilib, bəzi fürsətlər isə əldən verilib. Fikrimcə, indi qarşımıza yenidən belə bir imkan çıxıb və dövlətimiz də onu dəyərləndirir”.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button