Ölkə

Söyüdlü kəndində aparılmış ekspertizanın nəticələri niyə yubanıb?

”Gədəbəy rayonunda baş verən hadisə tamamilə qəbuledilməzdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib. Nəticədə xarici investor təbiəti zəhərləyib”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev dünən keçirilən müşavirədə səsləndirdi.

Prezident həmçinin əlavə etdi ki, insanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olmayıb.

Yalnız Prezidentin göstərişindən sonra Baş nazirə tapşırıq verilib və komissiya yaradılıb.

Komisiya bu yataqların istismarının nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərli olub-olmadığını araşdırmalı idi. Ancaq hələ də onun nəticələri barədə aydın bir məlumat verilməyib.

Mövzu ilə bağlı danışan “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi”nin rəhbəri Səadət Bənənyarlı deyir ki, həmin vaxt cəmiyyətdəki maraq və təlaş nəzərə alınmalı və ekspertizanın nəticələri ən geci bir həftəyə açıqlanmalı idi. Çünkü burada ekologiyaya vurulan ziyandan və insan sağlamlığından söhbət gedir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov isə bildirir ki, bu məsələ xüsusilə birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğu üçün ekspertizanın nəticələri bu qədər yubadılmamalı idi.

Ekoloq kimyəvi maddə olan sianid turşusunun zərərlərindən də danışıb. Bildirib ki, bu çox təhlükəli maddədir. Sianid turşusu həm ekologiya, həm də insanlar üçün ciddi fəsadlar yarada bilər. Buna görə də o xüsusi yerlərdə utilzasiya edilməlidir.

Prezidentin də dediyi kimi, burada işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button