Ölkə
Sosial şəbəkələrdə məşhurlaşan Nuray faytonçu Nazimin qızıdır?
Sosial şəbəkələrdə oxuduğu mahnılar trendə düşən və məşhurlaşan qız Nuray Şıxıyevanın müğənni Nazim Pişyari (Faytonçu Nazim) qızı olduğu deyilir.
Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən Nazim isə həmin Nurayın ouun qızı olmadığını bildirib.
“Təəssüf edirəm ki, o mənim qızım deyil. Nuray Sumqayıtda yaşayır və orada musiqi məktəbində təhsil alır. Mənim adımdan saxta səhifə açılıb, orda Nurayın qızım olduğu bildirilib. Lakin belə deyil”, – Nazim bildirib.
Qeyd edək ki, Nuray Şıxıyeva “Böyük dayaq” filmindən Pərşanın mahnısını ifa edib. Bu videoçarx çox sürətlə yayılıb.
Milli.Az