Metyunun ölümü ilə bağlı məhkəmə olacaq
2023-cü il oktyabrın 28-də Metyu Perrini həddindən artıq dozaya səbəb olan dərmanlarla təmin etməkdə ittiham olunan “ketamin kraliçası” Casvin Sanqha və doktor Salvador Plasensia üçün rəsmi məhkəmə prosesi təyin edilib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə “Variety” nəşri məkumat yayıb.
Onlar günahkar bilinərsə, onilliklərlə həbs cəzasına məhkum olunacaqlar.
Prokuror Martin Estrada bildirib ki, müttəhimlər Perrinin aludəçiliyindən varlanmaq üçün istifadə ediblər.
Onların məhkəməsi 2025-ci il martın 4-nə təyin olunub.
Xatırladaq ki, aktyor oktyabrda Los-Ancelesdəki evində 54 yaşında vəfat edib. O, isti vannada boğularaq tapılıb. Cəsədə baxış zamanıəlum olub ki, aktyor ketaminin kəskin təsirindən ölüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun