Ölkə

Azərbaycan Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır

Azərbaycan Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İtalyanın “Formiche” onlayn qəzetində dərc olunan məqalədə qeyd olunub.

“Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin və sivilizasiyaların dəyərlərini özündə birləşdirərək, əsl birləşdirici körpü rolunu oynayır. İtaliya ilə Mərkəzi Asiya arasında incə, lakin mühüm geosiyasi əlaqələr mövcuddur və bu əlaqələr Azərbaycanla olan münasibətlərlə təmsil olunur. Azərbaycan strateji əhəmiyyətli coğrafi oxda yerləşir: Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və Albaniya.

“Bu ölkələr iki strateji əhəmiyyətli sektordadır – Avro-Aralıq dənizi və Qafqaz və son illərdə İtaliya Asiyanın bu seqmentinin “horizontal inkişaf” işığında nə qədər vacib olduğunu daha yaxşı dərk edir”, – məqalədə deyilir

Müəlliflər Bakı ilə Roma arasında artan ticarət dövriyyəsini vurğulayıb, İtaliyanın hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, Azərbaycanın isə Cənubi Qafqaz regionunda İtaliyanın əsas tərəfdaşı olduğunu qeyd ediblər.

“Keçən il “Ansaldo Energia” ilə Azərbaycanın ən böyük elektrik enerjisi istehsalçısı olan “Azerenerji” arasında 160 milyon avro dəyərində 4 ədəd AE94.3A qaz turbininin tədarükü üzrə müqavilə imzalanıb. Bu, zavodun inkişafı və modernizasiyası üçün təkan verib”, – deyə müəlliflər əlavə ediblər.

Daha sonra qeyd olunur ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası ilə bağlı uzaqgörən qərar sayəsində bu gün Ukraynadakı müharibə İtaliyanın enerji təchizatına zərər vermir.

“TAP-ın rolunu unutmamaq lazımdır. Bu, Azərbaycanıln “Şahdəniz II” yatağından Avropaya təbii qaz nəql edən Cənub Qaz Dəhlizinin mərkəzi komponentidir. Hazırda Avropaya təxminən 26 milyard kubmetr qaz çatdırılıb. TAP Türkiyə-Yunanıstan sərhədində Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir, Şimali Yunanıstana daxil olur, Albaniyanı keçərək, Adriatik dənizi vasitəsilə Apuliya sahilinə çatır, beləliklə, Avropa ilə Qafqaz arasında körpü yaradan bir sıra ölkələri birləşdirir”, – qeyd olunur.

Müəlliflər, həmçinin, Azərbaycanın rolunun enerji sahəsindən kənara çıxdığını və iki əsas sahəni əhatə etdiyini vurğulayırlar: COP29-un təşkili və mədəniyyətlərarası dialoqun qurulması.

“Azərbaycan Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunun keçirilməsi təşəbbüsü ilə çıxış edib ki, bu forum artıq altıncı dəfədir keçirilir. Bu təşəbbüs 2008-ci ildən Azərbaycan Respublikası tərəfindən beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində başladılmış “Bakı Prosesi” çərçivəsində yaranıb. Forum müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və harmoniya təmin etmək məqsədini güdür.

Forum hökumətlər, beynəlxalq təşkilatlar, mütəxəssislər, alimlər, siyasətçilər və peşəkarlar üçün qlobal təhlükəsizlik və mədəniyyətlərarası ünsiyyətin dəyişən dinamikası barədə ətraflı müzakirələr aparmaq üçün bir platforma təmin edir. Bu səbəbdən forum UNESCO, BMT-nin Mədəniyyətlər Alyansı (UNAOC), Avropa Şurası, BMT-nin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) ilə sıx əməkdaşlıq şəraitində keçirilir”, – deyə məqalədə bildirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button