Ölkə

Yasamalda DƏHŞƏTLİ QƏZA: Maşın mağazaya çırpıldı

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Sürücü idarə etdiyi “Opel” markalı maşınla sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi avtomobil detallarının satışı mağazasına çırpılıb. Maşın deformasiyaya uğrayıb, sürücü xəsarət alıb. Mağaza sahibi ona 20 min manat zərər dəydiyini bildirib.

Qəzanın dəqiq baş vermə səbəbləri mağazanın müşahidə kamerasına baxıldıqdan sonra bilinəcək.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button