Ölkə

Bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar aşkarlandı

Son dövrlər Azərbaycana idxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının ekspertizası zamanı məhsulların tərkibindəki vitamin və mineralların miqdarının məhsulun etiketində göstərilən miqdardan fərqli olması, o cümlədən bir bioloji aktiv qida məhsulunun tərkibində qadağan olunmuş inqrediyent (tadalafil) aşkarlanması müəyyən edilib.

Bununla bağlı, uyğunsuzluq müəyyən edilən istehsalçı müəssisələrin sentyabrın 9-dan etibarən həmin məhsullarının ixracının məhdudlaşdırılması və sertifikatlaşdırılmanın dayandırılması, eyni zamanda bu müəssisələrdə həyata keçiriləcək sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı AQTA-ya məlumat verilməsi məqsədilə istehsalçı ölkələrin müvafiq qurumuna rəsmi qaydada müraciət olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button