Ölkə

Ətin qiyməti qalxdı

Toy mövsümünün başlaması ilə ətin qiymətində artım müşahidə olunur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Alıcılar da qiymətin artdığını bildirirlər. Satıcılar bildirir ki, qiymətin artmasının əsas səbəblərindən biri də mal-qara üçün nəzərdə tutulmuş yem və dərman məhsullarının bahalaşmasıdır.

Milli.Az xəbər verir ki, alıcılardan biri qiymət artımı ilə bağlı Baku TV-yə danışıb: “20 manata ət olar? Kasıb nə etsin, acından ölsün? Əvvəl ətin qiyməti 15-16 manat idi, indi 20 manat olub. Qiymətlər hər gün artır. Kasıb ət yeməli deyil?”.

Satıcı Elçin Həşimov isə deyir ki, dana əti hazırda 15 – 15,50 manat arasında dəyişir: “Quzu əti isə 19-21 manat arasındadır. Mal-qara üçün yem, ot qiymətləri yüksəldiyinə görə, istər-istəməz ətin qiyməti qalxır. Alıcı qüvvəsi zəifdir”.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button