Ölkə

“Bizim Cəbiş müəllim”in qızı: “Ermənilər atamgili teatra salıb yandırmaq istəyiblər, türklər qapını açıb”

“Atam zəngin və tanınmış tacirin oğlu olub. Ailədə 3 uşaq – iki qardaş, bir bacı imişlər. Onların Qız qalasının yanında 3 mərtəbəli evi olub. Həmin ev indi də durur. Balaca olanda atam həmişə əlimdən tutub ora aparardı,  deyirdi, uşaqlığı orada keçib. Onların hətta nökərləri də olub”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında “Bizim Cəbiş müəllim” filmində “Cəbiş müəllim” obrazını yaradan – Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova deyib. 

O bildirib ki, babasının “tarqovı” adlanan ərazidə dükanları olub.  Lakin 1918-ci ilin mart soyqırımı zamanı ermənilər Bakıya hücum edib evlərini dağıdıblar.

“Ermənilər nənəmi təpiklə döyüblər. Təsəvvür edin, digər Bakı əhli ilə birlikdə nənəmi, atamı, əmimi və bibimi Dövlət Akademik Opera və Balet Teatrına salıb, qapılarını bağlayıblar.  Orada onları yandırmaq istəyirmişlər. Atam deyirdi ki, ağlamaq, qışqırıq səsindən qulaq tutularmış.  O zaman  onun 5 yaşı olub. Amma  hər şey yaddaşında qalıb.

Sonradan Bakıya daxil olan türk ordusu atamgili ölümdən xilas edib.

Sovet hökuməti qurulandan sonra isə  babamın bütün mülkini əlindən alıblar və atamgili çölə atıblar.  Gəncliyində  atam, əmim və bibim çox əziyyət çəkiblər. Süleyman bəy sənədlərini tibb sahəsinə veribmiş.  Lakin imkansızlıqdan yarımçıq buraxıb, gedib işləyib. 

Bir dəfə küçədə gedərkən rəhmətlik aktyorumuz Əliağa Ağayevə rast gəlib. Onlar uşaqlıqdan dost idilər. Pioner düşərgəsində bir yerdə olmuşdular. 

Atam ona imkansızlıqdan  institutu buraxdığını deyib. Əliağa əmi ona  teatrda işləməyi təklif edib. Əliağa əmi onu teatra aparıb, istedadını yoxlayıblar  və bəyəniblər, beləliklə,  müsabiqədən keçib. O vaxtdan  taleyi teatrla bağlı olub”.

Qeyd edək ki, Süleyman Ağababa oğlu Ələsgərov 1915-ci ildə Bakıda anadan olub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.

Tamaşaçıların “Bizim Cəbiş müəllim” filmindən yaxşı tanıdığı Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrının veteranlarından sayılır. Belə ki, aktyor bu sənət ocağında fasiləsiz olaraq 63 il səhnəyə çıxıb. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. 83 yaşında da səhnədə canlı, dinamik və təravətli görünüb. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.

Xalq artisti Süleyman Ələsgərov 1998-ci il dekabrın 10-da vəfat edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button