Ölkə

“Mehriban Ələkbərzadənin bu sözlərinə görə işdən çıxdım”

Aktyor Corc Qafarov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından çıxıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  buna səbəb onun teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə dava etməsi olub. Bu haqda Corc özü açıqlama verib:

“İşdən çıxmağıma səbəb Mehriban Ələkbərzadənin “Cəhənnəmə, qara-gora oyna. Mən də səni istəmirəm. Ərizəni yaz və işdən çıx” sözləri olub. Azərbaycan kinosunun vəziyyəti hamıya bəllidir. Mən oradan bərk yapışacaq adam deyiləm. Teatrın mənə ehtiyacı var idi, ona görə orada idim.

Mehriban Ələkbərzadənin aktyorlarla kobud rəftarını görmüşəm. Hamı qorxur ki, aldıqları 600, 800 manat maaşı itirəcəklər. Məşq vaxtı dedi, sıfırsan, kobudsan, kötüksən. Axırda cavab verdim ki, rolu istəyərək oynamıram. Dedi, cəhənnəmə oyna”. 

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button