Uncategorized

Ermənistan və Aİ viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başladı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminə baxılması üzrə danışıqların başladığını bildirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qazi.az xəbər verir ki, bu barədə o, Avropa Komissiyası başçısının müavini Marqarita Sxinasla görüşdə deyib.

“Münasibətlərimizdə gözəçarpan dəyişikliklərin olmasından şadam: viza rejiminin liberallaşdırılması üzrə danışıqlar başlanır, Avropa Sülh Fondu Ermənistan Respublikasını dəstəkləmək qərarı verib, bunları yüksək qiymətləndiririk”, – Paşinyan deyib.

O qeyd edib ki, Ermənistanda Aİ-yə üzv olmağın mümkünlüyü barədə müzakirələr davam edir.

“Bu mövzuya detallı və kompleks şəkildə baxmaq lazımdır. Bu zaman Aİ-dəki tərəfdaşlarımızın müşahidələri və məsləhətlərinə qulaq asmaq vacibdir”, – baş nazir deyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button