Siyasət

Ermənistanın Arazdəyəndə zavod tikməsinə etiraz edən xarici QHT-lərin sayı artır

Ermənistanın ekoloji normaları, Espo Konvensiyasını kobud şəkildə pozaraq Arazdəyəndə dağ-mədən sənayesi zavodu tikməsi əleyhinə çıxış edən xarici qeyri-hökumət təşklatlarının (QHT) sayı durmadan artır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatlarının Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq yaydığı bəyanat böyük rezonans yaradıb.

Sənədə daha 35 xarici QHT qoşulub.

Xatrıladaq ki, bəyanatda deyilir:

“Vətəndaş cəmiyyəti təşkilatları olaraq biz, aşağıda imza edən şəxslər, böyük bir metallurgiya zavodunun tikintisinə etirazımızı və dərin narahatlığımızı ifadə edən birgə bəyanat yayırıq. Ermənistan Respublikasının Azərbaycan Respublikası ilə həmsərhəd bölgəsində – Arazdəyəndə tikintisi aparılacaq Ermənistan və ABŞ-ın birgə layihəsi olan metallurgiya zavodu 16500 kvadratmetr ərazini əhatə edir və illik istehsal gücünün 180000 ton olacağı gözlənilir. Təəssüflər olsun ki, bu layihə yeni ekoloji fəlakətə səbəb olacaq və buna görə də biz öz narahatlıqlarımızda həmrəyik.

Bu irimiqyaslı metallurgiya zavodunun yaradılması beynəlxalq səviyyədə qəbul edilmiş standart və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasında (Espo Konvensiyası) ifadə edilənlərə açıq şəkildə məhəl qoymur. Espo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığını ifadə edir və bu məsələlərin transsərhəd bir neçə dövlətə təsir etdiyi halda beynəlxalq danışıqların zəruriliyini vurğulayır.

Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı imzalayan dövlətlərdir. Espo Konvensiyasına uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Tikinti ilə bağlı qiymətləndirmə sənədi Azərbaycanın müvafiq qurumları, ekoloji fəallar tərəfindən rayona yaxın ərazidə yaşayan qonşu azərbaycanlıların rəyi nəzərə alınmaqla nəzərdən keçirilməlidir.

Belə bir zavodun tikintisi insanlara və planetimizə zərər verə bilər. Onun geniş təsirlərini, insan sağlamlığı, ətraf mühit və həqiqi dayanıqlılıq üçün yaratdığı təhlükəni nəzərə alsaq, bu, vətəndaş cəmiyyəti üçün “qırmızı xətt” deməkdir.

Metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Bu ekoloji təsir insan sağlamlığına və həyat təhlükəsizliyinə, fauna və floraya, torpağa, havaya və su strukturlarına mütləq təsir göstərəcəkdir. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün narahatlıq yaradır. İçməli su təchizatına zərər insan sağlamlığına və su təhlükəsizliyinə zərər deməkdir və bu da sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Böyük ehtimalla bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yarada bilər.

Universal Tibbi Təminat üzrə BMT-in Yüksək Səviyyəli Görüşünün siyasi bəyannaməsinə əsasən, Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin həyata keçirilməsi kontekstində BMT-in Baş Assambleyasının 10 oktyabr 2019-cu ildə qəbul etdiyi Qətnamədə qeyd olunur ki, sağlamlıq davamlı inkişafın sosial, iqtisadi və ekoloji ölçülərinin ilkin şərti, nəticəsi və göstəricisidir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə Azərbaycan əhalisinin, o cümlədən region insanlarının hüquqlarını kobud şəkildə pozur. Bununla Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusən “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz su və Sanitariya” ilə bağlı 6-cı, “İqlim Dəyişikliyinin Fəsadlarına qarşı Mübarizə”yə dair 13-cü, “Torpaq Ekosisteminin Mühafizəsi” üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinədir.

Bundan əlavə, Orhus Konvensiyası ətraf mühitlə bağlı məsələlərdə məlumat əldə etmək, ictimaiyyətin iştirakını və ədaləti təmin etməkdə mühüm rol oynayır. Bu konvensiyaya imza atan tərəf olaraq Ermənistan zavodun fəaliyyəti ilə bağlı təsirə məruz qalan icmaların məlumatlara çıxışını, qərarların qəbulu proseslərində mənalı iştirakını və ətraf mühitə dəyən zərərin aradan qaldırılması yollarını təmin etməklə öz öhdəliklərini yerinə yetirməlidir. Biz Ermənistandan vətəndaş cəmiyyəti təşkilatları və yerli icmalarla dialoq yaratmasını və onların bu metallurgiya zavodunun tikintisi ilə bağlı qərar qəbuletmə proseslərində fəal iştirak etməsi üçün şərait yaratmasını tələb edirik.

BMT-in Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri hasilat sənayesi də daxil olmaqla, biznesdə məsuliyyətli davranışı təşviq etmək üçün mühüm çərçivə təmin edir. Bu prinsiplər şirkətlərin insan hüquqlarına riayət etmələri, ətraf mühitə mənfi təsirlərin qarşısının alınması və təsirə məruz qalmış icmalarla şəffaf və inklüziv şəkildə əlaqə yaratmaları zərurətini vurğulayır. Biz Arazdəyəndə metallurgiya zavodunun tikintisi ilə məşğul olan bütün maraqlı tərəfləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa və onları əməliyyat təcrübələrinə inteqrasiya etməyə çağırırıq.

Bunu nəzərə alaraq, biz BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ətraf Mühit üzrə Xüsusi Məruzəçisi və BMT-nin Zərərli Maddələr və İnsan Hüquqları üzrə Xüsusi Məruzəçisi kimi müvafiq beynəlxalq təşkilatları bu vəziyyətə reaksiya verməyə və müvafiq tədbirlər görməyə çağırırıq. Ermənistanın davam edən ekoloji pozuntularına son qoyulmalıdır.

Biz, həmçinin Amerika Birləşmiş Ştatlarını bu riskləri qəbul etməyə və Arazdəyəndə adı çəkilən metallurgiya zavodunun tikintisinə dəstəyi dayandırmağa çağırırıq.

Bundan əlavə, biz Ermənistandakı vətəndaş cəmiyyəti təşkilatlarını, xüsusən də ictimai səhiyyə və vərəmlə mübarizədə fəal iştirak edən təşkilatları təcili tədbirlər görməyə və bu zavodun yaradılmasına etiraz etməyə çağırırıq. Onun tikintisi, şübhəsiz ki, Ermənistanın öz ekoloji vəziyyətinə də ciddi mənfi təsir göstərəcək”.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button