Ölkə
Azad edilmiş ərazilərdə salınan yaşayış massivlərinin 50 faizi yaşıllıq ərazidir
İşğaldan azad edilmiş ərazilərdə salınan yaşayış massivlərinin 50 faizi yaşıllıq ərazidir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyində təşkil olunmuş ictimai dinləmədə Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
O bildirib ki, bunun üçün həmin ərazilərdə münbit şərait var.
“Həmin ərazilərdə tikinti planlaşdırılarkən yaşıllaşdırma xüsusi olaraq nəzərə alınır. Bundan sonra da həmin ərazilərdə yaşıllaşdırmaya digər yüğerlərdə olduğu kimi, önəm veriləcək”, – deyə sədr qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun