Gəncədə 18 yaşlı qadın bıçaqlandı – onunla qeyri rəsmi nikahda olan 15 yaşlı oğlan tutuldu
12:20
Gəncədə 18 yaşlı qadının keçmiş əri tərəfindən bıçaqlanmasının bəzi detalları məlum olub.
Milli.Az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, A.Əmiraslanova və M.Əmiraslanov etnik olaraq qaraçıdırlar.
Məsələdə şokedici detal isə M.Əmiraslanovun 15 yaşının olmasıdır.
Cütlük bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıblar.
———–
11:59
Gəncədə 18 yaşlı qadının bıçaqlanmasının təfərrüatları məlum olub.
Milli.Az APA-ya istinadən bildirir ki, şəhər sakini Aygün Əmiraslanovanı bıçaqlayan Murad Əmiraslanov onunla qeyri-rəsmi nikahda olan yeniyetmədir.
A. Əmiraslanova 2015-ci il təvəllüdlü Murad Əmiraslanovdan ayrılıb, başqa şəxslə ailə həyatı qurub. M.Əmiraslanovun Aygünü başqa şəxslə evləndiyinə görə bıçaqladığı bildirilir.
———–
09:55
Gəncədə 18 yaşlı qadın bıçaqlanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, şəhər sakini Aygün Əmiraslanova bıçaq xəsarəti ilə xəstəxanaya yerlışdirilib.
O, əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, qadını keçmiş həyat yoldaşı bıçaqlayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib, polis əməkdlaşırının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun