Şimşək çaxıb, yağış yağıb – FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Goranboy, Yardımlı, Astara, Daşkəsən, Gədəbəydə 1 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq, şimal-şərq küləyi arabir Culfada 21 m/s, Gəncədə 20 m/s, Goranboyda 19 m/s, Tərtərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 16 m/s-dək güclənib.
Şahdağ, Qrızda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti qeydə alınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun