“Azərbaycan kişisinə bu çıxışı yaraşdıra bilmirəm”
Müğənnilər Sevil və Sevinc Səfərova bacıları İlqar Mikayıloğlunun aparıcısı olduğu “Günə bax” verilişində “Miss Türkiyə 2024″ün qalibi olan İdil Bilgeni təhqir etməsinə münasibət bildiriblər.
Milli.Az olay-a istinadən bildirir ki, əkizlər bununla bağlı instaqram səhifələrində paylaşım ediblər.
“Bu çıxış məni o qədər məyus etdi. Azərbaycan kişisinə bu çıxışı heç yaraşdıra bilmirəm. Hər kəsin gözəllik anlayışı fərqlidir. Heç bir xanıma bu sözlər deyilməməlidir”, – deyə Səfərova bacıları vurğulayıblar.
Qeyd edək ki, İ. Mikayıloğlu İ. Bilgenin ünvanına “Bu şəxsə kim gözəl deyə bilər? Çənəsi daha çox yer şumlamaq üçün nəzərdə tutulmuş şəxsin Türkiyədə gözəllik yarışmasının qalibi olması təəccüblüdür… ” sözlərini dilə gətirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun