Ölkə

Türkiyədən deportasiya edildi, amma Bakıda konsert verəcək

Xəbər verdiyimiz kimi, azərbaycanlı reper Asya Əlizadə kliplərində narkotik vasitələri təbliğ etdiyi üçün Türkiyədə məhkəməlik olub və ölkədən deportasiya ediləcəyi bildirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, musiqiçi polislər tərəfindən ifadəsi alındıqdan sonra miqrasiya idarəsinə təhvil verilib. Bundan sonra Asya Bakıya gəlib. O, bir neçə gündür ki, Azərbaycanda qalır. Reper hətta bu günlərdə məkanların birində səhnəyə çıxmağa da hazırlaşır. 

Qeyd edək ki, Asya mahnılarında narkotiki təbliğ etməkdə ittiham olunub. İstanbul Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları Əlizadənin kliplərini araşdırıblar. Məlum olub ki, Aysel “Estafurla” mahnısında ingilis dilində “marixuana kimi” ifadəsini işlədib. Polislər saxlanılma qərarı verilən Asyanı Ataşehir səmtindəki evindən nəzarətə alıblar. Əlizadə ifadə verdikdən sonra sərbəst buraxılıb. Daha sonra Asya xarici vətəndaş olduğu üçün ölkəsinə göndərilmək qərarı ilə göndəri mərkəzinə təslim edilib. Amma ifaçı lazımlı imzaları atmaq üçün polis idarəsinə getməyib. O, yenidən polislər tərəfindən Ataşehirdəki evindən nəzarətə alınıb. Onun polis idarəsindəki sənəd işləri tamamlandıqdan sonra ölkəsinə göndərilməsi üçün miqrasiya idarəsinə təhvil verilib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button