Ölkə
Milli Məclisin deputatı VƏFAT ETDİ
Deputat Madər Musayev 75 yaşında dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, o, bir müddət davam edən xəstəlikdən sonra vəfat edib.
Bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.
Qeyd edək ki, Madər Musayev XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I, II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
“Şöhrət” və “Şərəf” ordenləri ilə, 25 noyabr 2022-ci ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Milli.Az