Ölkə

İlham Mirzəyev “Space”dən getdi: “Nə kanal rəhbərliyi…”

Uzun illərdir ki, yüksək reytinqli verilişlərə aparıcılıq edən tanınmış teleaparıcı İlham Mirzəyev “Space” telekanalı ilə yollarını ayırıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, aparıcı artıq yeni mövsümdə “Space” də olmayacaq. Onun digər telekanalların birində fəaliyyətini davam etdirəcəyi də deyilir.

Saytımıza açıqlama verən aparıcı “Space” ilə yollarını ayırdığını bildirib:

“Bəli, xəbər doğrudur, “Space” ilə yollarımı ayırdım. Bu televiziyada özəl layihələrə aparıcılıq etdim. Yüksək reytinq verən həmin layihələrimlə tamaşaçı sevgisini yenidən qazandım. Bir daha özümü təsdiqlədim ki, illərin təcrübəsi öz sözünü deyib, yorulmaq nədir, bilmirəm, eyni yüksək enerjimlə hələ reytinqli verilişlərə aparıcılıq edirəm və bununla fəxr edirəm.

“Space”dən getməyimə də özüm qərar verdim. Öz istəyimlə gedirəm. Nə kanal rəhbərliyi, nə də işçilərdən heç bir narazılığım da yoxdur. Mehribanlıqla ayrıldıq. Bilirsiniz ki, mən uzun illər öncə Azərbaycan Dövlət Televiziyasından fəaliyyətə başlamışam, 10 il orada çalışmışam. Bu 10 il mənim üçün böyük bir məktəb rolunu oynayıb. 18 il də “Space” Televiziyasında çalışdım, son layihələrimi də əlavə etsək, 19 il olur”.

Aparıcı digər telekanalların birində fəaliyyətə başlaması ilə bağlı xəbərə belə aydınlıq gətirdi:

“Bir çox telekanallardan dəvət almışam, hələ ki götür-qoy edirəm, dəqiq qərar verməmişəm. Bəlkə də hansısa telekanalda olacağam, olmayacağam, yaxud da teleməkandan uzaqlaşacağam, ya yox, bunu özüm də tam qərarlaşdırmamışam. Amma bütün telekanallar mənə doğmadır, bütün televiziya rəhbərləri, mənə əzizdir, bütün aparıcılara da böyük hörmətim var”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button