Ölkə

Ata və oğlunun öldüyü hadisə ilə bağlı hökm oxundu

Ötən ilin noyabrında Ağsu dolaylarında ata və 15 yaşlı oğlunun ölümü ilə nəticələnən yol qəzasını törətmiş sürücüyə hökm oxunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Padar kənd sakini 1999-cu il təvəllüdlü Həsən Həsənli Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya da ha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmə) maddəsi ilə təqsirli bilinib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd olunub. Həmin cəzanın başa çatmasından sonr H.Həsənlinin 3 il nəqliyyat vasitəsi idarə etməsi də qadağan edilib.

Qeyd edək ki, hadisə vaxtı H.Həsənlinin idarə etdiyi “Mercedes C180” markalı avtomobil aşıb. Nəticədə Ağsu rayonu Cəlayır kəndindən olan 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və 2008-ci il təvəllüdlü Xangəldiyev Məsud Əmir oğlu ölüb, sürücü isə xəsarət alıb.

Ölən ata və oğul yolda H. Həsənin maşınına minib və Şamaxıya sənəd düzəltdirməyə gedirlərmiş.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button