Ölkə

Bakıda köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Nazirlikdən Milli.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1970-ci il təvəllüdlü Roma Qarayevin hündürlükdən yıxılması səbəbindən müxtəlif bədən xəsarətləri alaraq çökək ərazidə köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button