Ölkə

Bakıda tədris ilə başlayan “tıxaclar dövrü” – AÇIQLAMA

Bakıda yeni tədris ili ilə bərabər sanki yeni “tıxaclar dövrü” başlayır. Təəssüflər olsun ki, növbəti “tıxaclar dövrü” vəziyyətin hər il əvvəlkindən daha gərgin olduğunu göstərir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-ə hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

Məktəblərin qarşısında avtomobil saxlanılması məsələsinə münasibət bildirən Ə.Hüseynov qeyd edib ki, məktəblərin qarşısında da dayanma, durma və parklanma qaydaları var.

“Yəni hər yerdə olduğu kimi, məktəblərin də qarşısında dayanma durma qaydaları eynidir. Dayanma qadağandırsa, məktəblərin qarşısında maşın saxlamaq olmaz və buna riayət olunmalıdır.

Ümid edək ki, tıxaclarla bağlı vəziyyət bu il ötənilkindən pis olmayacaq. Burada sürücülər, valideynlər diqqətli olmalıdırlar. Uşaqlar məktəbə gedib gəlməlidir, tələbələr universitetə gedib gəlməlidir. Yaxşı olardı ki, mükəmməl ictimai nəqliyyat olsun və onlar ictimai nəqliyyatdan istifadə etsin”, – deyə o əlavə edib.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button