Ölkə

Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ

Çindən gətirilən avtomobillərin sərhəddən buraxılmama səbəbi məlum olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 40-45 günə çatdırılmalı olan Çin avtomobilləri bir neçə müddətdir ki, sərhəddə ləngiyib. Hətta bu səbəbdən bəzi avtomobil gətirən şirkətlər müştərilərinə gecikməyə görə müvəqqəti avtomobillər də təklif ediblər.

Çindən Azərbaycana avtomobil gətirən şirkətin rəhbəri Kənan Heydərov bildirib ki, problemin səbəbini öyrənmək üçün nəqliyyat vasitələrinin ilişib qaldığı yerdə, Dağıstanda olublar. Məlum olub ki, avtomobillərin buraxılmamasına səbəb onların sənədlərindəki çatışmazlıqlardır.

Kənan Heydərov qeyd edib ki, bəzi daşıyıcı şirkətlər ucuz başa gəlməsi üçün avtomobilləri Çindən Qazaxıstana idarə edərək keçiriblər. Bu isə daşınma qaydalarına uyğun gəlmədiyindən sənədlər qaydasında olmayıb.

O vurğulayıb ki, avtomobillərin yenidən yola düşməsi üçün tətbiq olunan cərimə məbləği mütləq ödənilməli və sənədlər qaydasına salınmalıdır. Bunu etmək isə müştərinin, yəni avtomobil sifariş edən şəxsin yox, daşıyıcı şirkətin məsuliyyətidir.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button