Ölkə

77 nömrəli avtobus niyə gec gəlir?

Paytaxtın Yeni Yasamal qəsəbəsindən M.F. Axundov bağına gedən 77 nömrəli marşrut avtobusunun intervalının gecikməsi vətəndaşlarda narahatlıq yaradıb. Bu problem ilə bağlı qəsəbə sakinləri redaksiyamıza müraciət ediblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Sakinlərin sözlərinə görə, avtobuslarda interval problemi ilə yanaşı, pik saatlarda sıxlıq da müşahidə olunur.

Milli.Az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandırıb:

“Sərnişin tələbatı nəzərə alınmaqla, 77 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik olaraq 18 avtobus 5 dəqiqəlik hərəkət intervalı ilə fəaliyyət göstərir. Paytaxtın A.M. Şərifzadə küçəsində yaradılan xüsusi hərəkət zolağı 77 nömrəli avtobusun da təyinat nöqtəsinə tez çatmasına müsbət təsir edib”.

O əlavə edib ki, günün pik saatlarında avtobusun hərəkət etdiyi küçə və prospektlərdə müşahidə edilən sıxlıq səbəbindən marşrut xəttində ləngimələr yarana bilər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button