Ölkə

Bakıda “Avrasiya Nəqliyyat Marşrutu”nun yaradılması ilə bağlı konsultativ görüşü başlayıb

Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” üzrə Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı Dövlətlərin dəmir yolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü başlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, spikerlər arasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Özbəkistan Dəmir Yolları” ASC-nin sədri Zufar Narzullayev və Türkiyə Dövlət Dəmir Yolları İdarəsinin sədri Ufuk Yalçın var.

Həmçinin, Çin konteyner dəmiryolu daşımaları korporasiyasının rəhbəri Yan Bin, “Tacikistan Dəmir Yolları” dövlət müəssisəsinin birinci müavini Sorbon Kulaхmadov, “Qırğız Dəmir Yolu”-nun baş direktorunun müavini Dostan Usubakunov və “Avstriya Federal Dəmir Yolları”nın Avrasiya və Mərkəzi Asiya ilə əlaqələr üzrə şöbə rəhbəri Eniko Dyerfi də çıxış edəcəklər.

Görüşdə “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının nizamnaməsi və təsis protokolunun layihəsi müzakirə olunur.

Konsultativ görüşün ikinci yarısında müxtəlif məsələləri müzakirə edən ADY nümayəndələrinin çıxışları gözlənilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button